İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı


27.10.2022  13:36 

Nə gündəsən, Azərbaycan!?





A+  A-

Buyurun, Azərbaycan ədəbiyyatının tabutunu yol saldılar... Sanki kasıb, amma çox hörmətli bir adamın cənazəsinin başına yığışıblar. Hamısı da peşman...

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının keçirilməsinə 203 min manat pul xərclənib. Bəs bu məbləğ niyə çoxsaylı müzakirələrə yer açır? Səbəbi çox sadədir, cəmiyyət bu ölkədə heç bir tədbirin, qurultayın şəffaflığına inanmır. Əgər əmin olsaydıq ki, ədalətli sədr seçkisi keçiriləcək, o zaman bu pulu demokratiya və ədalətli seçki naminə qurban vermək olardı.

Ancaq hər kəs bilirdi ki, AYB-nin sədri yenidən yazıçı Anar olacaq. Yəni, formal tədbir üçün bu boyda vəsaitin xərclənməsi büdcəni talamaqdır, ədəbiyyata kərkinməkdir və bütün sahələrdə olduğu kimi bu sahədə də totalitarizmin təsdiqidir! Cəmiyyət qurultaya 203 min manat vəsaitin xərclənməsindən ona görə qıcıqlanır ki, Anar yenidən sədr seçildi, tədbir formal şəkildə və protokol qayda olduğu üçün təşkil edildi.

Hesabladım, 203 min manat pul bir müəllimin təxminən 35 illik maaşı deməkdir.
Madam ki, belədir, 5-10 min manatlıq bir qurultay keçirərdiniz də, rayonlardan, müxtəlif ölkələrdən qonaqlar gətirib həngamə qoparmağa nə ehtiyac vardı!? Guya təm-təraqlı şəkildə sədr seçilmək bu dəfə də Anarın haqqıdır...

Azərbaycan xalqını bədbəxt duruma salıblar. Torpaqları kimi ədəbiyyatı da işğal altındadır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəyli.., ardınca övladları Anar..., onun da ardınca Anarın yazıçı qızı Günel... Atanın hesabına oğul, oğulun hesabına qız, qızın hesabına nəvə yazıçı olur... Nə gündəsən, Azərbaycan!?

Paytaxt Bakının ən məşhur küçələri də R.Rzanın, N.Rəfibəylinin adınadır. Ümumiyyətlə, Bakının əksər məşhur küçələri müəğənnilərin, şairlərin adını daşıyır. Bu şəhərin mərkəzində qəhrəmanlarmıza verilməli olan bircə məşhur küçə yoxdur? Ədəbiyyat dərsliklərimizdə də ən çox yer məhz bu ailənin üzvlərinə verilir.

R.Rza küçəsində doğulan uşaq şair olacaq da... Amma düz edirsiniz, bütün qəhrəmanlar kəndlərdə, soyuq sobaların altında doğulur. Bu milləti zorla şair, müğənni etməkdə məqsədiniz nədir? Paytaxtda hansısa məşhur küçəyə Raquf Orucovun, Orxan Əkbərovun, Polad Həşimovun, Şahlar Nəzərovun adını vermək belə ağır və mümkünsüzdür?

Bu gün çoxsaylı istedadlı şair və yazıçılar, jurnalistlər sosial problemlər məngənsində məhv olur, elə bir istedadlı qələm əhli yoxdur ki, onun banka borcu olmasın. Bu məbləğlə ən azı 50 ədibin banka olan borclarını bağlayıb onları zülümdən xilas etmək olardı. AYB o qədər avtoritar quruma çevrilib ki, yazıçı və şairlərə də jurnalistlər binasından mənzillər vermişdilər. Çox demirəm, bu ölkədə 1000 manatlıq problemə görə dağılan minlərlə ailə, müalicə ala bilməyən qazilər var. Nəysə...

A.Feyruzov

Xəbər 1385 dəfə oxunub.



24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +