Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.04.2025  14:37 

Qalib Toğrul da istintaqa cəlb edildi





A+  A-

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.

İstintaqın gedişində İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul da cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Daha bir QHT nümayəndəsi Əhməd Məmmədzadə barəsində isə əvvəlki gündə həbs qərarı verilib. Aytac Ağazadə haqda isə məhkəmə bu gün qərar verəcək

Qeyd edək ki, hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, Qalib Toğrul deputat Vüqar Bayramov və bir müddət öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.

Xəbər 3311 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +