Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


06.05.2020  16:51 

“BakuBus“ın nizamnamə kapitalı artırılacaq





A+  A-

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC 2019-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.
XəzərNews.az xəbər verir ki, sorğunun qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 17 700 manat ödəniləcək.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.



Xəbər 2001 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +