Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


08.06.2022  13:03 

“Fərqanə mənə səhnədə təkandır...“ - Alim Qasımov





A+  A-

Sosial şəbəkələrdə və bir neçə saytda xalq artisti Alim Qasımovun anadan olduğu gün kimi qeyd olunub.

XəzərNews.az xəbər verir ki, xalq artisti bunları deyib.

"Mənim ad günüm iyunda yox, avqust ayındadır. Səhər açılandan mənə zənglər gəlir, bilmirəm niyə? Kim deyib ki, ad günüm bu gündür? Harada yazılıb? Doğum günüm avqust ayının 14-də olacaq. Özü də yubiley doğum günümü qeyd edəcəm. Eybi yoxdur, mən təbrikləri indidən qəbul edirəm. Nə fərqi var ki? Bir ay tez, bir ay gec (gülür)"- deyə sənətkar bildirib.

Alim Qasımov sənətdə qazandığı uğurlara görə hər zaman Allaha şükür etdiyini bildirib.

"Bu sənətdə həm uğur, həm də böyük tamaşaçı kütləsi qazanmışam. Ən böyük mükafatım bunlardır. Sənətkar hər zaman özünü sadə aparmalıdır. İnsan nə qədər yerlə getsə onu Allah ucaldır. Bilirsiniz ki, Avropa Oyunlarında uçan xalça ilə səhnəyə çıxdım. Xalçanın üstündə yerdə oturub bardaş qurdum endim aşağı, daha sonra Allah məni sənətimlə göylərə qaldırdı" - deyə sənətkar bildirib.

Xalq artisti qızı, əməkdar artist Fərqanə Qasımovadan da danışıb.

"Sənətdə ata-bala, müəllim-tələbə münasibəti yoxdur. O işdə zülmkaram, hətta səhvini də demişəm. Bu iş belədir ki, ya olmalısan, ya da olmamalısan. Fərqanə mənə səhnədə təkandır. Bir-birimizi səhnədə başa düşürük. Bəzən görürsən ki, onun sözü yaddan çıxır mən deyirəm, mənim sözüm yaddan çıxır o deyir", - deyə sənətkar bildirib.

Qeyd edək ki, Alim Qasımovun doğum gününün bu gün olması xəbərini Kulis.az saytı yayıb və onun həyat fəaliyyəti haqda geniş yazı yayımlayıb.moderator.az

Xəbər 1903 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +