Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


07.06.2022  14:30 

Prokuror tanınmış iş adamının həbsini tələb edir





A+  A-

Prokuror tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişməsi ilə bağlı qərardan protest verib.

XəzərNews.az apa-ya istinadən xəbər verir ki, Hafiz Məmmədov barəsində qüvvədə olan qətimkan tədbirinin ləğv edilərək yenidən həbs qətimkan tədbiri ilə əvəz olunması tələb olunub.

Bakı Apellyasiya Məhkəməsi protesti araşdıraraq qərar qəbul edib. Məhkəmə prokurorun tələbi üçün kifayət qədər əsaslar olmadığı qənaətinə gələrək protesti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb. Sonradan Dövlət Vergi Xidməti Hafiz Məmmədovla bağlı məhkəmə tərəfindən seçilmiş qətimkan tədbirinin müddətinin uzadılmasını istəməyib. Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.

Xəbər 1698 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +