Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.04.2019  11:35 

Məktəblinin ölümü ilə bağlı hadisə prezidentin şəxsi nəzarəti altındadır





A+  A-

“Məktəbli Elina Hacıyeva ilə bağlı hadisə ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. Onlar məktəblinin ölümünün hərtərəfli araşdırılması üçün tapşırıq veriblər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicra Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

H.Hüseynova qeyd edib ki, ilkin olaraq hadisənin səbəbləri araşdırılır:

“Biz bilməliyik ki, hadisə hansı səbəbdən olub. Təhsil Nazirliyilə birgə intihar hallarının azalması üçün mütəmadi olaraq güclü maarifləndirmə işləri aparırıq. Ümumiyyətlə digər ölkələrlə müqayisədə, Azərbaycanda bu göstəricilər yüksək deyil. Amma istənilən halda bu bizi narahat edən məsələdir. Cənab Prezidentin tapşırığı ilə bütün respublika üzrə monitorinq qrupları yaradılır. Monitorinq qruplarının içərisində hər bir dövlət qurumunun nümayəndəsi var. Hər bir belə hadisə tək məktəblərin, tək müəllimlərin yox, validenylərin də məsuliyyətli olmasını tələb edir. Necə ola bilər ki, səkkizinci sinfə qədər bu uşaqda baş evrən daxili psixoloji dəyişikliklər ailəsi tərəfindən hiss edilməyib, ona hər hansı dəstək göstərilməyib. Mən bu ahdisədə hələ ki, heç kimi günahlandırmaq istəmirəm. İstintaq yekunlaşdıqdan sorna daha geniş məlumatlar veriləcək”.

Komitə sədri qeyd edib ki, populist çıxışlara lüzum yoxdur:

“Bu cür problemləri olanlara kömək etmək lazımdır”.

Xəbər 2135 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +