Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?


12.12.2017  12:21 

Ərzaq məhsullarının qiyməti 17 faiz artıb - Rəsmi





A+  A-

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artıb.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi yayıb. Xəbərdə bildirilir ki, ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, iri alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər 1126 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +