Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


07.12.2017  15:37 

Lavrov və Tillersondan Qarabağla bağlı AÇIQLAMA





A+  A-

"Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam etdirəcək".
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır.

Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir.

O, ATƏT-in terrorizmə qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ATƏT-in təşkilat məkanında, həmçinin siyasi sahədə gərginliyin azaldılmasına kömək göstərəcəyinə ümid etdiyini bildirib.

"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

Bunu isə ABŞ dövlət katibi Reks Tillerson ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.

Xəbər 1290 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +