Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib


13.12.2020  10:28 

Güləşçimiz Fərdi Dünya Kubokunun finalında!





A+  A-

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
XəzərNews.az xəbər verir ki, ilk yarış günündə 55, 67, 72, 77 və 87 kiloqram çəki dərəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı güləşci finala yüksəldiyi üçün E.Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq.

Millimizin üzvü İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını dörddəbir finala yazdırıb. Bu mərhələdə prinsipial görüşə çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala adlayıb.Ukraynalı idmançıya da gücünü göstərən İ.Dadov turnirin finalına vəsiqə qazanıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.

Digər güləşçilərimiz Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olub.

Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 1888 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +