Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib


10.12.2020  09:03 

ÇL-də 1/8 finalın bütün iştirakçıları bəlli oldu





A+  A-

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
XəzərNews.az xəbər verir ki, mərhələnin son günündə VI turun 9 oyunu keçirilib.

Bir gün öncə yarımçıq qalan PSJ – “Başakşəhər” matçında böyükhesablı nəticə qeydə alınıb. Turnir cədvəli baxımından əhəmiyyətsiz qarşılaşmada fransalılar 5:1 hesablı ev qələbəsinə sevinib.

D qrupunun qalibi olan “Liverpul” özü üçün formal xarakterli görüşdə “Midtülland”la heç-heçə oynayıb. “Ayaks” üzərində 1:0 hesablı qələbə qazanan “Atalanta” 1/8 finala yüksəlib. Niderlandlılar isə yoluna Avropa Liqasında davam edəcək.

Ötən mövsümün qalibi “Bavariya” A qrupunda növbəti qələbəsini “Lokomotiv” üzərində qazanıb. “Atletiko” səfərdə “Zalsburq”u məğlub etməklə qrup ikincisi olub. Avropa Liqasına vəsiqəni avstriyalılar qazanıb.

B qrupunda “Real” Monhenqladbax “Borussiya”sı üzərində qələbə ilə 1-ci yeri tutub. “İnter”lə “Şaxtyor”un heç-heçə etməsi Almaniya təmsilçisini də 1/8 finala daşıyıb. Ukrayna klubu isə Avropa Liqasında oynayacaq.

C qrupunda liderlər turu qələbə ilə başa vurub. “Mançester Siti” “Marsel”ə, “Porto” “Olimpiakos”a qalib gəlib. Sonuncular 3-cü yerin sahibi kimi Avropa Liqasında oynamalı olacaq.

Qeyd edək ki, daha öncə “Bavariya”, “Mançester Siti”, “Porto”, “Liverpul”, “Çelsi”, “Sevilya”, “Borussiya” D, “Barselona”, “Yuventus”, “Leypsiq”, PSJ və “Latsio” 1/8 finala, “Krasnodar”, “Mançester Yunayted”, “Brügge” və “Dinamo” (Kiyev) Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur

9 dekabr
H qrupu
21:55. PSJ (Fransa) - “Başakşəhər” (Türkiyə) - 5:1
Neymar, 21, 38, 50, Mbappe, 42 (pen.), 62 - Topal, 57

D qrupu
21:55. “Midtülland” (Danimarka) - “Liverpul” (İngiltərə) - 1:1
Şols, 62 (pen.) - Salah, 1
21:55. “Ayaks” (Niderland) - “Atalanta” (İtaliya) - 0:1
Muriel, 85

A qrupu
00:00. “Bavariya” (Almaniya) - “Lokomotiv” (Rusiya) - 2:0
Zule, 63, Şupo-Motinq, 80
00:00. “Zalsburq” (Avstriya) - “Atletiko” (İspaniya) - 0:2
Ermoso, 39, Karrasko, 86

B qrupu
00:00. “İnter” (İtaliya) - “Şaxtyor” (Ukrayna) - 0:0
00:00. “Real” (İspaniya) - “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:0
Benzema, 9, 32

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) - “Marsel” (Fransa) - 3:0
Torres, 48, Aquero, 77, Sterlinq, 90
00:00. “Olimpiakos” (Yunanıstan) - “Porto” (Portuqaliya) - 0:2
Otavio, 10 (pen.),Uribe, 77

Xəbər 1697 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +