Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib


09.08.2019  12:54 

“Qalatasaray” Falkaoya qovuşur





A+  A-

“Qalatasaray” bir aydır ki, “Monako”dan transfer etmək istədiyi kolumbiyalı hücumçu Radamel Falkaonun keçidini yekunlaşdırmağa doğru irəliləyir.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul klubu 33 yaşlı futbolçuya illik 5+2 milyon avro maaş ödəməyə hazırdır. “Sarı-qırmızılar” hazırda “Monako” ilə anlaşmağa çalışır. Qəzetin məlumatına görə, Falkaonun transferi növbəti həftə tamamlanacaq.

“Monako” “Qalatasaray”dan bu transfer üçün 5 milyon avro tələb edir. Türkiyə təmsilçisi daha aşağı təzminat ödəmək üçün danışıqları sürətləndirib.

Falkao “Monako”da vergilər xaric illik 8,5 milyon avro qazanır. Təcrübəli forvardın “knyazlıq klubu” ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

“Monako” Kolumbiya yığmasının üzvünü 2013-cü ildə “Atletiko”dan 60 milyon avroya transfer etmişdi.

Xəbər 1152 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +