Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib


22.06.2019  17:23 

Cüdoçularımızdan uğursuz çıxış





A+  A-

Belarusda keçirilən II Avropa oyunlarında cüdo yarışlarına start verilib.
XəzərNews.az xəbər verir ki, ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb. 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.

Qadınların yarışında isə 48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroanı keçə bilməyib. 57 kq çəkidə mübarizə aparan İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib. 52 kq-da yarışan Gültac Məmmədəliyeva isə ilk iki görüşündə finlandiyalı Katri kako və belçikalı Şarlin Van Sniki məğlub etsə də, 1/4 finalda Aqata Perentslə (Polşa) bacarmayıb. Buna baxmayaraq, o, təsəlliverici görüşə vəsiqə qazanıb. Ancaq orada da italiyalı Odetta Quiffrida uduzan Məmmədəliyeva bürün medal qazanmaq şansını itirib.

Beləliklə, ilk yarış günündə tatamiyə çıxan 7 cüdoçumuzun hamısı medalsız qalıb.



Xəbər 1363 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +