Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


20.04.2017  20:43 

Peterburq teraktı Türkiyədən maliyyələşdirilib





A+  A-

Rusiyanın Sankt-Peterburq şəhərində metropolitendə törədilən terror aktının təşkilatçısı qismində həbs olunan Qırğızıstan əsilli Əbror Əzimovun canlı bomba Əkbərcan Cəlilova külli miqdarda pul ödədiyi məlum olub.
XəzərNews.az-ın “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basman rayon məhkəməsinin hakimi Yelena Lenskaya bildirib.

Qeyd olunur ki, teraktın maliyyələşdirilməsi Türkiyədə mövcud olan beynəlxalq terror qruplaşması tərəfindən həyata keçirilib.
“Araşdırmalar nəticəsində məlum olub ki, Əbror Əzimov partlayışı törətmək üçün Türkiyədə şəxsən maliyyə vəsaiti alıb. O, cinayətkar qrupun üzvləri və onların sərhədi maneəsiz keçməsi üçün saxta sənədləri də hazırlayıb, - deyə hakim söyləyib.

Müstəntiqlər Ə. Əzimovu məhz hansı terror təşkilatının maliyyələşdirildiyini deməyiblər.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq şəhərində “Texnoloji İnstitut” metropolitenində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva faciə qurbanı olub, 28 yaşlı Zaur Vəliyev isə ağır yaralanıb.

Teraktı törədən canlı bomba Əkbərcan Cəlilov da partlayış zamanı ölüb.

Aprelin 6-da isə terror aktına görə 8 nəfər saxlanılıb.

Xəbər 2439 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +