“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.01.2024  04:43 

Biz anklavın şimalında əməliyyatın dayandırıldığını görürük -Blinken





A+  A-

“ABŞ və onun regional tərəfdaşları Yaxın Şərqdə münaqişənin genişlənməsinə imkan vermək istəmir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində bildirib.

“Müharibənin genişlənməsinə imkan verməmək, yeni cəbhələrin açılmasını və ya eskalasiyanı görməməkdə qərarlıyıq. Bu səfərdə getdiyim hər ölkədən eşitdiklərim bu idi. Biz Türkiyədə, Yunanıstanda, İordaniyada, Qətərdə, BƏƏ-də, Səudiyyə Ərəbistanında idik və İsrail də daxil olmaqla hamının ortaq marağı var - gərginliyin qarşısını almaq”, - o, deyib.

Blinken qeyd edib ki, Vaşinqton bu münaqişənin tez bir zamanda bitməsini istəyir:

“Biz anklavın şimalında əməliyyatın tədricən dayandırıldığını görürük. Qəzzada, xüsusilə də yenə şimalda çox şey əldə etdikləri İsrail qüvvələrinin əhəmiyyətli bir hissəsinin geri çəkildiyini gördük”.

Diplomat əlavə edib ki, İsrail Qəzza zolağında fələstinlilərə effektiv kömək edə biləcək yeganə təşkilat olduğu üçün BMT ilə əməkdaşlıq etməlidir.

ABŞ dövlət katibi yanvarın 4-dən 11-dək Yaxın Şərq və qonşu ölkələrə turnedədir. O, artıq Yunanıstan, İsrail, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyədə olub.


Xəbər 1334 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +