“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


03.12.2022  11:36 

Ukrayna cəbhənin bu istiqamətində irəliləyib





A+  A-

Ukrayna Silahlı Qüvvələri Kremennayanın cənub-qərbində və şimal-qərbində lokal irəliləyişlər edib.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Müharibə Araşdırma İnstitutu (ISW) məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Kremennayanın cənubundakı meşələrdə az irəliləyiş əldə edərək Krasnopopovkanın kənarına (Kremennayadan təxminən 10 km şimal-qərb) çatıb.

Bundan əlavə, Ukrayna əsgərləri bütün cəbhə xətti boyunca və Svatovo-Kremennaya şossesi ərazisində əks-hücum əməliyyatlarını gücləndirdilər.

Ruslar isə Baxmut bölgəsində minimal irəliləyişi davam etdirib və Avdiivka-Donetsk bölgəsində hücum əməliyyatları həyata keçiriblər. Svatovonun qərbində Ukrayna Silahlı Qüvvələri və işğalçılar ötən sutka ərzində lokal döyüşlər aparmağa davam ediblər.

Analitiklərin hesablamalarına görə, Ukrayna hava hücumundan müdafiə sisteminin uğurlarına baxmayaraq, rus qoşunları hələ də Ukraynanın enerji infrastrukturu üçün təhlükə yaradır.

Yusif Əlican
XəzərNews.az


Xəbər 1036 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +