“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.02.2021  15:58 

Ermənistanda növbəti etiraz aksiyası keçirilib





A+  A-

Ermənistan hökumətinin binası qarşısında itkin düşən əsgərlərin tapılıb geri gətirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etiraz aksiyasına Qarabağda döyüş əməliyyatları davam edən zaman Zəngilan bölgəsinə köçürülən 40 hərbçinin qohumları toplaşıb. Həmin dövrdən etibarən yaxınları onlardan xəbər almayıb.

Bina qarşısına toplaşan etirazçılar itkin düşən hərbçilərin uşaqlarını da özləri ilə gətiriblər. Uşaqların əllərində “Mənə atamı qaytar”, “Mən atamı istəyirəm”, “Biz atamızı istəyirik” plakatlarını tutduğu bildirilib.

Etirazçılar rəsmi qurumların biganə münasibətindən şikayətlənirlər, belə ki, hökumət binasından heç kim onlarla danışmağa çıxmayıb.

Qeyd edək ki, ötən gün itkin düşən erməni hərbçilərinin yaxınları Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişdilər.

Xəbər 2041 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +