“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


09.02.2021  15:16 

Rusiya peyvəndi Pakistanda da qeydiyyata alındı





A+  A-

Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndi Pakistanda qeydiyyata alınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.

“Pakistanın Dərman Vasitələrinə Nəzarət Təşkilatı tərəfindən “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib”,- deyə açıqlamada qeyd olunub.

Pakistanın “Sputnik V” peyvəndini qeydiyyata alan dünyanın 22-ci ölkəsi olduğu bildirilir.

RDİF rəhbəri Kirill Dmitriyev fondun mətbuat xidmətindən sitat gətirərək, Pakistanın dünyanın ən sıx məskunlaşan ölkələrindən biri olduğunu və “Sputnik V”nin koronavirusa qarşı dərman portfelinə daxil edilməsinin insanların sağlamlıqlarının qorunmasında əhəmiyyətli bir addım olduğunu qeyd edib.

Qeyd edək ki, “Sputnik V” peyvəndi hazırda Rusiya, Belarus, Argentina, Boliviya, Serbiya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Qvineya Respublikası, Tunis, Ermənistan, Meksika, Nikaraqua, Serbiya Republikası, Livan və Myanmarda qeydiyyata alınıb.

Xəbər 1865 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +