“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


31.01.2021  20:11 

ÜST-dən Avropa ölkələrinə karantinlə bağlı ÇAĞIRIŞ





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini koronavirusa qarşı mübarizədə karantin qaydalarının erkən yumşaldılması üçün tələsməməyə çağırıb.
XəzərNews.az bildirir ki, Beynəlxalq təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe yoluxma səviyyəsinin hələ də yüksək olması və səhiyyə sisteminin ciddi şəkildə yüklənməsi barədə xəbərdarlıq edib. O bildirib ki, yoluxma səviyyəsini aşağı salmaq üçün uzunmüddətli və qətiyyətli səylərin göstərilməsi tələb olunur:

“Biz ağır dərslər aldıq – tələsik açmaq və bağlamaq, sonra yenidən hər yeri açmaq uğursuz strategiyadır. Biz səbirli olmalıyıq. Vaksinasiyanı həyata keçirmək üçün zamana ehtiyac var”.

H.Kluqe Avropa ölkələrindəki vəziyyəti “pandemik paradoks” adlandırıb. O bildirib ki, bir tərəfdən Avropanın 35 ölkəsində artıq 25 milyon peyvənd dozası vurulub. Bununla yanaşı, qitədə digər virus mutasiyaları geniş yayılmağa başlayıb. Hazırda Avropanın 33 ölkəsində Böyük Britaniya, 16 ölkədə isə Cənubi Afrika Respublikasında aşkarlanan virus ştamlarının yayılması təsdiqlənib. Ona görə də indi Avropanın 25 ölkəsində qüvvədə olan karantin qaydalarının yumşaldılması üçün tələskənlik etmək düzgün olmazdı.

H.Kluqe, eyni zamanda, müsbət irəliləyişlərin olduğunu da diqqətə çatdırıb. Qeyd edilib ki, peyvəndlərin səmərəliliyi və təhlükəsizliyi sübuta yetirilib və onların uğurla tətbiqi səhiyyə sistemləri üzərindəki ağır yük və təzyiqi yaxın müddətdə aradan qaldıracaq. Ona görə zamanla yarışda insanlar səbirli olmalı, əhalinin müəyyən bir hissəsinin peyvəndlənməsi başa çatanadək karantin qaydalarının qüvvədə qalması diqqət mərkəzində saxlanmalıdır.

Xəbər 2401 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +