“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.06.2020  13:36 

Rusiyada yoluxanlar yarım milyonu keçdi





A+  A-

Rusiyada son sutka ərzində daha 8 779 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 502 min 436-ya çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 234 min 754 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 174 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 6 532-yə çatıb. Ümumilikdə 261 min 150 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 6 nəfər artaraq 828-ə çatıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Xəstəlik səbəbindən 13 nəfər həyatını itirib, 694 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 566 nəfər artaraq 14 669-a çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 18 nəfər artaraq 245-ə çatıb. Ümumilikdə 5 466 pasiyent müalicə olunaraq sağalıb, 8 876 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.

Xəbər 2027 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +