“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


30.05.2020  16:38 

Tramp sosial şəbəkələrlə bağlı fərman imzaladı





A+  A-

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb.
XəzərNews.az “BBC”yə istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib:

“Biz bu gün söz azadlığını əsas təhlükələrin birindən qorumaq üçün buradayıq”.

Tramp tərəfindən imzalanan sənəd ABŞ-da xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun (Communications Decency Act ) 230-cu bəndini qüvvədən salacaq. Bu paraqraf internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir. Beləliklə, sözügedən bənd tvitter və feysbuk şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur. Bununla yanaşı sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsi tanıyır.

230-cu bənd internet üzərində söz azadlığını qoruyan ən vacib bəndlərdən hesab olunsa da bir çox siyəsətçilər bu bəndin sosial şəbəkələrə yalan məlumat yaymaq imkanı verdiyini düşünür.

Məsələn, ABŞ Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden də sosial şəbəkələrin yalan yaymasına imkan verdiyinə inanaraq, 230-cu maddənin ləğvini tələb edir.

ABŞ-ın Respublikaçılar Partiyasının üzvləri, o cümlədən Donald Trampın özü dəfələrlə sosial şəbəkələri mühafizəkar fikirlərin yayılmasının qarşısını almaqda günahlandırıb.

Amerika lideri sözügedən fərmanda 230-cu maddənin istifadəçi məzmununun redaktə edilməsinə görə internet şirkətlərini məsuliyyətdən azad edən hissəsini tənqid edib. Trampın sözlərinə görə, platformalar bu hüquqdan sui-istifadə edərək fərqli fikirlərin paylaşılmasını əngəlləyirlər.

Trampın imzaladığı fərmana əsasən internet şirkətlərin hansı şərtlər daxilində məzmunları məhdudlaşdıraraq qanundan sui-istifadə etdiyi müəyyənləşdirilməlidir. Belə ki, 230-cu maddəyə əsasən ancaq “vicdanlılıq” prinsipinin qorunması şərti ilə hər hansı məzmunun redaktəsinə icazə verilir.

Hökumətin onlayn reklam və təbliğat xərcləri təhlil edilməlidir. Bu maddə “Vergi ödəyicilərinin söz azadlığını məhdudlaşdıran onlayn platformaların maliyyələşdirilməsindən qorunması” adlanır.

2019-cu ildən bəri Ağ Evə göndərilən İnternet platformalarında siyasi görüşlərə görə senzura ilə bağlı 16 mindən çox şikayətə baxılmalıdır.

Onlayn platformalar tərəfindən “saxta və ya dürüst olmayan” hərəkətlərin qarşısını almağa yönəlmiş qanunlar hazırlanmalıdır.

Xəbər 1554 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +