Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.08.2020  14:43 

Daha iki ölkə Belarusdakı seçkilərin nəticələrini tanımadı





A+  A-

Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin XİN başçıları bəyanat yayıb.

Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan ölkəsinin Belarusda 9 avqustda keçirilən prezident seçkilərinin nəticələrini tanımadığını elan edib. O, bu barədə “Twitter” ​hesabında məlumat paylaşıb. Paylaşımda qeyd olunub ki, Kanada Belarusu azad və ədalətli seçkilərin keçirilməsinə çağırır. Şampan, həmçinin etirazçılara qarşı zorakı hərəkətləri pisləyib. Nazir qeyd edib ki, avqustun 15-də müxalif namizəd Svetlana Tixanovskaya ilə telefon danışığı aparıb. Söhbət zamanı o, Tixanovskayaya Kanadanın Belarus xalqına dəstəyini davam etdirəcəyini bildirib.

Bununla yanaşı İrlandiyanın Xarici İşlər naziri Saymon Kouveni də ölkəsinin Belarusda keçirilən seçkiləri tanımadığını və onları xalqın demokratik iradəsinin təzahürü hesab etmədiyini elan edib. Nazir əlavə edib ki, İrlandiya Belarusdakı vəziyyətdən çox narahatdır və seçkilərdən sonra insan haqlarının pozulmasını qətiyyətlə pisləyir.

Xəbər 1699 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +