Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


07.10.2023  18:50 

Heç kim səhvən bu müharibəyə qoşulmasın - Netanyahu açıqlayıb





A+  A-

“Qəzzadan gələn fələstinlilərin hücumu qarşısında İsrailin hazırkı əsas məqsədi ölkəyə girən yaraqlılardan təmizləməkdir”.

Xəzərnews.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə keçirdiyi təcili görüşdən sonra deyib.

“Bu səhərdən etibarən İsrail dövləti müharibə vəziyyətindədir. Bizim ilk vəzifəmiz ərazimizə daxil olan düşmən qüvvələrini təmizləmək, hücuma məruz qalmış icmalarda təhlükəsizlik və sakitliyi bərpa etməkdir”, - deyə baş nazir bildirib.

“İkinci məqsəd, Qəzza zolağı da daxil olmaqla, düşməndən əvəzimizi çıxmaqdır. Üçüncü məqsəd başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”, - Netanyahu qeyd edib.

Eyni zamanda o, bir daha həmvətənlərini xarici təhlükə qarşısında birləşməyə çağırıb. “Biz müharibədəyik. Müharibədə soyuqqanlılığı qorumaq lazımdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram”, - deyə hökumət başçısı fikrini yekunlaşdırıb./Oxu.az

Xəbər 5294 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +