Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


15.12.2020  18:26 

“Bu sanksiya qərarı aramızdakı ittifaqı sarsıtdı” - Akar





A+  A-

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın “S-400” sistemlərinin alınması səbəbindən Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Hulusi Akar sanksiyaların müttəfiqliyə, mövcud hərbi və siyasi reallıqlara zidd olduğunu bildirib.

“Ölkəmizin “S-400” Uzun Mənzilli Hava və Raketdən Müdafiə sistemini təmin etməsi səbəbindən ABŞ-ın ittifaqla mövcud hərbi, siyasi gerçəkliklərlə uyğun olmayan sanksiya qərarını qınayırıq. Aydındır ki, NATO üzvü olan bir ölkəyə sanksiya tətbiq etmək təkcə müttəfiqlik ruhuna ziyan vurmayacaq, həm də müttəfiqlər arasındakı inamı sarsıdacaq”.

Akar Türkiyənin hava hücumu təhdidi altında olduğunu və hava müdafiəsinin təmin olunması da daxil olmaqla 83 milyon vətəndaşın təhlükəsizliyi üçün lazımlı olan bütün tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib.

“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Bununla birlikdə, ölkəmizin və nəcib millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün səylərimizə qətiyyətlə davam edəcəyik. Mövcud hərbi və siyasi vəziyyət çərçivəsində regional və qlobal müdafiə və təhlükəsizlik məsələlərində Koreya müharibəsindən bəri müttəfiqimiz olan ABŞ ilə əməkdaşlıq və həmrəyliyə qayıtmaq regional və qlobal sülh və təhlükəsizliyə də töhvə verəcəkdir”,- deyə Akar sözlərinə əlavə edib.



Xəbər 1712 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +