Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


13.12.2023  11:54 

“Dəyişiklik üçün ağır qərarlar verməliyik“





A+  A-

"Bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, işçinin pensiya yaşına qədər işdə qalması yanaşmasının dəyişməsi ağrılı qərardır.

"Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir”, deyə nazir əlavə edib.

Emin Əmrullayev vətəndaşların yenidən ixtisas dəyişmə və kvalifikasiyanın artırılmasının asan görünsə də, çətin proses olduğunu söyləyib. Nazir peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçidin təmin edildiyini və prosesin olduqca səmərəli olacağını vurğulayıb.//Trend

Xəbər 1898 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +