Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.07.2021  15:58 

İranı etirazlar dalğası bürüdü





A+  A-

İranın bir sıra şəhərlərində elektrik enerjisinin verilişində yaranan fasilələr səbəbindən etiraz aksiyaları keçirilib.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bütün İran ərazisində elektrik enerjisinin verilməsində fasilələr isti hava şəraitinin başlanması ilə əlaqədardır və artıq bir müddətdir ki, davam edir. Bəzən işıq 5-6 saat ərzində yanmır ki, bu da iranlıların gündəlik həyatına mənfi təsir edir.

Bundan əlavə, ISNA informasiya agentliyinin məlumatına əsasən, aksiyalar Gülüstan əyalətinin Kürdkey, Bender Qez, Bender Türkmən və Akkala rayonlarında, Mazandaran əyalətinin Babulse və Kaimşehr Amul rayonlarında baş tutub.

Həmçinin, vətəndaşlar paytaxt Tehranın cənubunda elektrik enerjisi idarəsinin binasında da etiraz aksiyası təşkil ediblər.

Aksiya iştirakçıları İranın yol və şəhərsalma naziri Məhəmməd Eslaminin istefasını tələb edirlər.

Xəbər 2258 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +