“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


01.02.2025  20:22 

Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum





A+  A-

ABŞ prezidenti Donald Tramp bildirib ki, qonşuları olan Kanada və Meksikadan idxala 25 faizlik rüsum fevralın 1-dən qüvvəyə minəcək.

Bunlara neft, qaz, polad, alüminium, mis və mikroçiplər daxildir.

Rüsumlar mallar üzrə fərqli şərtlər və dərəcələrdə tətbiq olunacaq.

Trampın bu addımı əvvəlcədən elan etməsinə rəğmən, bütün dünyada böyük rezonansa səbəb olub. Çünki rüsumlar ABŞ-ın ən yaxın qonşuları və ən böyük ticarət tərəfdaşlarına münasibətdə tətbiq olunur.

Ekspertlər qeyd edirlər ki, onilliklər ərzində avtomobil şirkətləri regionda təchizat zəncirləri qurublar. S&P Global Mobility-nin məlumatına görə, ABŞ-da satılan avtomobillərin və yüngül yük maşınlarının beşdə birindən çoxu Kanada və ya Meksikada istehsal edilib. 2023-cü ildə amerikalılar Meksikadan 69 milyard dollar, Kanadadan isə 37 milyard dollar dəyərində avtomobil və yüngül yük maşınları idxal ediblər. Daha 78 milyard dollar Meksikadan və 20 milyard dollarlıq avtomobil hissələri Kanadadan alınıb. Məsələn, Fordun F seriyalı pikap avtomobillərindəki mühərriklər və məşhur Mustang idman kupesi Kanadada hazırlanır.

Kanada həm də ən böyük xarici xam neft tədarükçüsüdür. Ötən ilin yanvar-noyabr aylarında ABŞ-a 90 milyard dollar dəyərində yanacaq göndərilib ki, bu da ikinci ən böyük tədarükçü Meksikadan (11 milyard dollar) əhəmiyyətli dərəcədə çoxdur.

Sweet konsaltinq şirkəti hesab edir ki, tariflər bu il ABŞ-da iqtisadi artımı 1,2 faiz bəndi azaldacaq, 2,6 faizdən 1,4 faizə enəcək. İstehlakçılar ümumi xərclərini azaltmağa məcbur olacaqlar.

Və təsirə məruz qalan ölkələrdən ehtimal olunan cavab tarifləri ixracı zəiflədəcək və Amerika istehsalçılarını riskə atacaq.
Bundan başqa, ABŞ-a neft satmaq Kanada və Meksika üçün səmərəli olmadığına görə ölkə hasilatçıları xammalın daha çox hissəsini dünya bazarına çıxaracaqlar. Bu isə dünya bazarında neft qiymətlərinə zərbə vura bilər.

Analitiklərə görə, ABŞ emal zavodlarının yüngül yerli neftə keçirilməsi uzun müddət tələb etdiyinə görə yaxın müddətdə ölkədə neft məhsullarının, o cümlədən benzinin qiymətində ciddi bahalaşma olacaq. Bu isə ABŞ-da inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq./Musavat.com

Xəbər 2313 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +