Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma


04.02.2019  08:46 

Azərbaycanda uşaqlı ailələrdə boşanma sayı artıb





A+  A-

Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, 1990-cı ildə ölkədə 14 040 boşanma halı qeydə alındığı halda, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşananların sayı yenidən 14 514-ə çatıb ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında (2018-ci il üzrə yekun hesabat açıqlanmayıb) qeydə alınmış boşanma hallarının sayı 12 396 təşkil edib.

Ümumilikdə boşananlar arasında uşaqsız ailələr çoxluq təşkil edir. Lakin göstəricilərdən aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb.

1990-cı illə müqayisədə 2017-ci ildə, yəni 27 il ərzində (2018-ci il istisna olmaqla) bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.

1990-cı ildə boşananların 8 853 nəfəri uşağı olmayan, 2 045-i bir uşağı olan, 3 142-i iki və daha çox uşağı olanlar olduğu halda, 2017-ci ildə boşananların 6 444 nəfəri uşağı olmayan, 3 946 nəfəri bir uşağı olan, 4 124 nəfəri iki və daha çox uşağı olan şəxslər olub.

Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, uşaqlı ailələr arasında ən yüksək boşanma göstəricisi isə 2017-ci ildə qeydə alınıb.

2017-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13 110 olub ki, bu da hər 100 boşanmaya 162 uşağın düşməsi deməkdir.

Ümumilikdə götürdükdə, boşanmalar daha çox şəhər yerlərinin payına düşsə də, kənd yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı artıb, şəhər yerlərində isə əksinə, azalıb.

1990-cı ildə şəhər yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 3,5 olduğu halda, 2017-ci ildə bu göstərici 1,9-a enib. Kənd yerlərində isə 1990-cı ildə 0,2 olan boşanma göstəricisi 2017-ci ildə 1-ə çatıb.

2017-ci ildə boşanma halları ən çox 30-34 (3 568) 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar (3 803) arasında baş verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyib.



Xəbər 1495 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +