“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


10.10.2023  19:51 

“İnsan alverinə qarşı mübarizə“ mövzusunda tədbir keçirilib - FOTO





A+  A-

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirib.

Xəzərnews.az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant Xəyyam Nəcəfov, Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.

Xəyyam Nəcəfov insan alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Daha sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

Mərkəzin direktor müavini Fuad Əliyev bildirib ki, insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə məlumatların gənclərə çatdırılması, xüsusilə də yeniyetmə dövründə olan uşaqlar, gənclər, tələbələrin məlumatlandırılması çox əhəmiyyət daşıyır və birbaşa olaraq onlara bu barədə məlumatlar verilməsi çox vacibdir.

Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən əhəmiyyətli layihəyə dəstək verildiyi üçün Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, “XXI Əsrin Qadınları” İctimai Birliyinə təşəkkür edilib.

Sonda tələbələrin sualları Xəyyam Nəcəfov tərəfindən cavablandırılıb.



Xəbər 3046 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +