“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


17.02.2025  09:57 

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər YAYILDI





A+  A-

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı növbəti yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

XəzərNews.az “Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir:

“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir olan şəriki Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.

Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”-da açılmış 024071984024 №li hesabına köçürmüşdür.

Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.

Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu kütləsinə təqdim edir. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.









Xəbər 884 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +