Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


21.06.2019  16:58 

Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”





A+  A-

“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”.
XəzərNews.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra açıqlamasında deyib.

O, “intensiv və dərin” danışıqların aparıldığını vurğulayara, həmsədrlərin daha məzmunlu danışıqlardan ötrü əlavə sənədlər təqdim etdiyini söyləyib. Nazir son vaxtlar təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda, danışıqların davam edəcəyinə əminliyini ifadə edib:

“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır”.

E.Məmmədyarov habelə, problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb.

“Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ, Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq”, - o bildirib.

Xəbər 1968 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +