Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


30.05.2023  14:58 

“Avtomobili 10 min dollara alıb, on min də rüsum ödəyir”





A+  A-

“Avtomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır. Vətəndaş gedib Gürcüstandan ucuz avtomobil alıb gətirir və aldığı məbləğ qədər, yaxud daha çox rüsum ödəyir. Deyək ki, avtomobili alıb 10 min dollara, ölkədə ya on min, ya da daha çox rüsum ödəməli olur. Bu tarifi doğru hesab etmirəm. Razıyam ki, ölkəmizdə daha çox keyfiyyətli avtomobil istehsal olunsun. Amma bir çox məsələlər kağız üzərində qalır”.

XəzərNews.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Gəlin görək istehsal, tikinti, idxal və ixrac hamı üçünmü bərabər şərait yaradılır? Xeyr, yaradılmır. Müxtəlif instansiyalarda vətəndaşların başına min oyun gətirirlər. Qanunlarımız superdir, biz çox gözəl qanunlar qəbul edirik, amma bizdən asılı olmayan səbəblərdən qanunlar buradan çıxandan sonra aidiyyəti qurumlar tərəfindən öz keyfinə uyğun yerinə yetirilir. Bu, yolverilməzdir və əməlli-başlı hiddət doğurur”, - deputat qeyd edib.

Xəbər 1389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +