Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR
Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi?
Putin AZAL təyyarəsi ilə bağlı açıqlama verəcəkmi?
Piramida şəbəkəsinin rəhbərinə 8 il həbs verildi
Terror aktı hazırlayan şəxs saxlanıldı


13.02.2024  13:35 

Fransa Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik edir





A+  A-

“Sülh sazişinin imzalanması üçün Ermənistanın 2020-ci ilin sonunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi vacibdir. Lakin bu öhdəliklərin böyük hissəsi yerinə yetirilməyib. O cümlədən, Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını Azərbaycan öz imkanları ilə həyata keçirib. Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan bir addım belə olsa atmayıb. İşğal altında olan 8 kəndimiz hələ də ermənilərin nəzarəti altındadır. Ermənistanın müharibə başa çatdıqdan sonrakı fəaliyyəti onu göstərir ki, rəsmi İrəvan hər imkanda sülhdən bəhs etsə də, sazişin imzalanmasında maraqlı deyil".

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, sülh müqaviləsi bağlamadığı və sərhədlər müəyyənləşmədiyi üçün müharibə riski qalır. Digər tərəfdən, Ermənistan ərazilərimizdə basdırılan mina xəritələrinin böyük hissəsini Azərbaycana verməyib. Verdiyi xəritələrin də dəqiqlik faizi kifayət qədər aşağıdır:

"Belə olan halda biz Ermənistanın 2024-cü ildə davranışlarında radikal dəyişikliklər edib sülh sazişi imzalamaq üçün real fəaliyyətə keçəcəyini gözləyə bilmərik. Təbii ki, biz bunu arzu edirik. Azərbaycan tərəflər arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Amma Ermənistanın davranışları bunu ehtimal etməyə əsas vermir".

Ekspertin sözlərinə görə, Fransa Ermənistanı ölkəmizə qarşı hücuma təhrik edir. Fransa generalının Avropa İttifaqının şərti sərhəddə yerləşən missiyasını təftiş etməsi, orada kəşfiyyat xarakterli fəaliyyətlərin həyata keçirilməsi bir daha bi ölkəninAzərbaycana qarşı çirkin hazırlıqlarından xəbər verir:

“Fransa birmənalı olaraq Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik edir. Bu istiqamətdə silahlanma da daxil olmaqla bir çox addımlar atır. Ancaq Paris və İrəvan unutmasın ki, Azərbaycan heç vaxt öz tarixi ərazilərində, şərti sərhəddə yerləşən qüvvələr tərəfindən vətəndaşının, əsgərinin həyat və sağlamlığına təhdidlər yaranmasına icazə verməyəcək. Azərbaycan Ordusu bu təhdidləri aradan qaldırmaq üçün daim qətiyyətli addımlar atmağa hazırdır”.

Xəbər 10369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu

07.02.2025  12:36 

Saxta içki 33 can aldı


BÜTÜN XƏBƏRLƏR +