Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.02.2025  15:16 

Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı





A+  A-

Dünya siyasətində qeyri-sabitlik şəraitində Avropa özünün müstəqil təhlükəsizliyini təmin etməlidir.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fevralın 24-də Kiyevdə dünya liderlərinin görüşündə deyib.

"Biz hamımız görürük ki, qlobal siyasətdə hansı təlatümlər başlayıb. Amma istənilən problem həm də fürsətdir. Avropada azadlığı qorumaq bilavasitə bizim, bütün Avropanın ən azı təhlükəsizlik baxımından müstəqil olmaq qabiliyyətindən asılıdır", - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, hazırda avropalılar qlobal texnoloji rəqabətdə geri qalırlar. Zelenski Aİ ölkələrini işğalçı ölkə Rusiyaya birgə qalib gəlmək üçün birləşməyə çağırıb:

"İndi biz dünənkindən daha çox iş görməliyik. Bir-birimizi həmişəkindən daha çox dəstəkləməliyik".

Prezident həmçinin Avropanın Ukrayna səmasının qorunması ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Zelenski vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiəsi “Avropa hava qalxanının əsasını yaradır”.



Xəbər 610 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +