Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


06.11.2023  18:39 

“Baş verənlər dinlərin müharibəsidir” - Jozep Borrell





A+  A-

“İsrail-Fələstin silahlı qarşıdurması artıq İsraillə Ərəb dünyası arasındakı savaş deyil. Bu, dönüş nöqtəsidir. Hazırda baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir”.

Bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

İsrailin özünümüdafiə haqqının olduğunu söyləyən ali nümayəndə bunun beynəlxalq hüquq çərçivəsində həyata keçirilməli olduğunu bildirib: “Mülki şəxslər qorunmalıdır”.

J.Borrelin sözlərinə görə, humanitar vəziyyətin görməzdən gəlinməsinin mənfi nəticələri ola bilər: “İnsan faciələrinə göz yumularsa, vəziyyət əvvəl-axır əksinə çevrilə bilər”.

Aİ rəsmisi bildirib ki, Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan oktyabrın 7-nə qədər deyirdi ki, region 10 illərdir heç bu qədər sakit olmayıb: “Belə bir korluğu necə izah edə bilərik? Bu ziddiyətə necə münasibət bildirə bilərik?”/Yenisabah.az

Xəbər 944 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +