Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.01.2021  17:50 

İki ölkə arasında uçuşlar 9 aydan sonra bərpa olundu





A+  A-

Özbəkistanla Tacikistan arasında hava nəqliyyatı doqquz ay sonra yenidən bərpa edilib.
XəzərNews.az xəbər verir ki, Tacikistan Mülki Hava Nəqliyyatı Agentliyinin Baş direktoru İkram Sübhanzadə fəaliyyəti dondurulan Daşkənd-Düşənbə reyslərinin iki ölkənin koronavirusla mübarizə komissiyalarının qərarları ilə yenidən başladığını bildirib.

Daşkənd-Düşənbə reyslərinin Özbəkistan Hava Yolları və Tacikistana aid “Somon Air” tərəfindən həftədə iki dəfə gerçəkləşdiriləcəyini qeyd edən İ.Sübhanzadə sərnişinlərin 72 saat içində alınmış neqativ koronavirus testi təqdim etmələri və uçuş əsnasında gigiyenik qaydalara əməl etmələrinin zəruriliyini vurğulayıb.

İki ölkənin Səhiyyə nazirliklərinin açıqlamalarına görə, Tacikistanda ayın 10-dan bəri yeni yoluxma aşkarlanmayıb, Özbəkistanda isə son dönəmlərdə günlük yoluxma sayı 50 civarındadır.

Özbəkistan ötən ilin sentyabrından bir sıra ölkələrlə hava nəqliyyatını yenidən açıb.

Xəbər 1722 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +