Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


04.04.2025  12:22 

Bakıda pulu çölə töküblər - Şərurlu İsfəndiyar





A+  A-

“Mən latın əlifbasını da tam şəkildə bilmirəm. Çünki orta məktəbə getməmişəm. Cavan vaxtımda bir atım, bir itim, bir də çadırım olub. 14 yaşımdan 23 yaşıma qədər dağda tək yaşamışam, çobanlıq etmişəm. 22 yaşımda qardaşım dedi ki, “sən kənd təsərrüfatında işləmə, qabağa gedə bilməyəcəksən, get fəhlə işlə”. Atama yalvardım ki, qoy çobanlıq etməyim, cavanam, fəhlə işləyim. O da dedi ki, 70 rubl versəm, icazə verər”.

XəzərNews.az xəbər verir ki, bunu TV Musavatın canlı efirində “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

“Atama hər ay 70 rubl pul verməyə öhdəlik götürmüşdüm. Verməsəydim, məni vurub öldürərdi. Atam bir az qəddar olub. Bir ay fəhlə işlədim və həmin pulu verdim. Ayın başında gördüm ki, usta 140, mən isə 70 rubl almışam. Dedim, niyə? Dedilər, o sənətkardır. Mən buna görə də ustalığı öyrəndim. Bənna kimi az müddətdə məşhurlaşdım.

Adımı məktəbə yazdırmışdılar, 11-ci sinifin attestatını aldım. Ondan da sonra Naxçıvan Politexnik Texnikumuna adımı yazdırmaq üçün min rubl verdim. Sonra da tikintiyə qayıtdım. Müdirə dedim ki, birinci növbədə bənna, ikinci növbədə isə pulsuz briqadir işləyim, əgər yaxşı xidmət etməsəm, məni qovarsınız. Sizə pendir gətirəcəm, maaşdan kömək edəcəm.

Ümumiyyətlə, pul qazanmaq çox asandır. Bakıda pulu çölə töküblər. Onu qazanmaq üçün bir az ağıl və bacarıq lazımdır. Alqı-satqıda elə vasitəçilər var ki, milyonerdilər. Mən onları tanıyıram. Bir işi düzəltmək üçün 500 min pul alırlar. Bunlarda bir istedad var”, -deyə İsfəndiyar Axundov bildirib.

Xəbər 2568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +