“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.04.2021  09:43 

“Oskar-2021” mükafatlarının laureatları açıqlandı





A+  A-

"Oskar - 2021" kinopremiyasının təqdimatı seremoniyası pandemiya ilə əlaqədar fərqli formatda keçirilib.
XəzərNews.az-ın məlumatına görə, kinopremiyanın 93 təqdimat mərasimi Los-Anjelesdəki "Dolby" teatrında baş tutub.

"Ən yaxşı film" nominasiyasında rejissoru Xloe Çjao olan "Köçərlər diyarı",

"Ən yaxşı orijinal ssenari" nominasinda rejissor Emirald Fenelin "Ümid verən qız",

Ən yaxşı operator və quruluşçu-rəssam işinə görə Devid Finçerin "Mank",

"Ən yaxşı xarici film" nominasiyasında danimarkalı Tomas Vintenberqin "Daha birini",

İkinci dərəcəli aktyor kimi "İuda və qara messiya" filmində çəkilən Daniel Kaluya,

İkinci dərəcəli aktrisa kimi "Minari" filmində çəkilən Yun Yo Con,

Ən yaxşı qrim, saç düzümü və geyimlərə görə "Ma Reyni: blyuz dəryası",

"Ən yaxşı animasiya filmi" nominasiyasında Piter Dokter və Kemp Pauersin "Ruh" animasiya,

Ən yaxşı aktyor kimi rejissor Florian Zellerin "Ata" filmində çəkilən Entoni Hopkins və ən yaxşı aktrisa olaraq "Köçərilər diyarı" filmində çəkilən Frensis MakDormand,

Ən yaxşı qısametrajlı oyun filmi olaraq "İki uzaq qərib" və tam formatlı sənədli film olaraq "Mənim müəllimim - Səkkizayaq" filmləri, aktyor və aktrisaları Oskar mükafatlarını qazanıblar.

Xəbər 6939 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +