Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.12.2023  09:28 

2024-cü ildə sülh ili ola bilərmi?





A+  A-

2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı gözləntilər özünü doğrultmadı. Bəs, 2024-cü ildə sülh ola bilərmi?

Mövzu ilə bağlı “Hraparak” nəşri maraqlı müqayisələr aparıb. Nəşr iddia edib ki, nəinki 2024, hətta 2025-ci ildə də sülh sazişinin imzalanması mümkün olmayacaq.

Müəlifin fikrincə, yaza qədər ABŞ və AB İsrail-Fələstin münaqişəsində atəşkəs əldə edilməsi, Qəzzaya sülhün gəlməsinə köklənəcək. Həmçinin Ukraynaya dəstəklə bağlı nəticə əldə etməyə çalışacaq. Bunun ardınca isə ABŞ-da seçkilərə hazırlıq başlayacaq, eyni zamanda, mayın sonunda Avropa Parlamentinə seçkilər, yeni parlamentin və AB Komissiyasının formalaşması prosesi olacaq, yalnız payızda komissiyanın yeni tərkibi və AB Şurasının yeni prezidenti aktiv fəaliyyət imkanı qazanacaq. Ona qədər isə sülh sazişi olmayacaq.

Ən maraqlı məqam isə sülh sazişinin “obyektiv səbəbdən” gecikməsi ilə Ermənistanın silahlanmasının sürətlənməsidir. Şərhdə bildirilir ki, Avropa Sülh Fondu vasitəsilə və ayrı-ayrı AB ölkələri tərəfindən Ermənistana silah tədarükü mexanizmlərinin işə salınması, AB-nin Ermənistandakı missiyasının genişləndirilməsi 2024-ün prioritetidir.

2024-cü ildə AB-nin “mülki” missiyasının beynəlxalq sülhməramlılarla əvəzlənməsi, başda Hindistan olmaqla, külli miqdarda silahların alınması kimi məsələlər də davam edəcək. Onu da xüsusi olaraq vurğulayaq ki, Hindistanın bir-birinin ardınca Ermənistana tədarük etməyə hazırlaşdığı silahların ümumi dəyəri artıq bir milyard dolları keçib.

Nəşr Qərbin “xarici işlər nazirləri səviyyəsində 1-2 görüş keçirməklə 2024-cü ili başa vuracağını” düşünür. Bu müddətdə isə Ermənistanın hərbi-siyasi və iqtisadi baxımdan gücləndirilməsi prosesi aparılacaq.

İddia edilir ki, Ermənistan da bu vədlərə görə sülh müqaviləsindən danışa-danışa onun imzalanmasını ləngidəcək. Sonra İsrail-Fələstin məsələsinin çözülməsi, beynəlxalq güclərin Cənubi Qafqazı “bölməyə” gəlməsi gözlənəcək və təbii ki, həmin vaxta qədər Avropa və ABŞ strukturları ilə əlaqələri gücləndirən Ermənistandan yana seçim ediləcək./Axar.az



Xəbər 1883 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +