Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


11.09.2020  12:24 

Tramp “TikTok”a güzəşt etmədi





A+  A-

ABŞ Prezidenti Donald Tramp Çin mərkəzli “TikTok” tətbiqetməsinə 15 sentyabr tarixinə qədər verilən müddətin uzadılmayacağını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək seçkilər üçün əsas ştatlardan biri olan Miçiqan səfərindən əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib.

“Bu ölkədə “Tiktok”u ya təhlükəsizlik səbəbiylə bağlayacağıq, ya da bu tətbiqetməni başqa bir ABŞ şirkətinə satacağıq”,- deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki, avqustun 3-də Donald Tramp “TikTok”un ABŞ qolunun Amerika şirkətinə satılmayacağı təqdirdə, sosial media platformasının 15 sentyabrda qadağan ediləcəyini açıqlamışdı.

Elə həmin gün ABŞ-ın qabaqcıl texnoloji şirkətlərindən biri olan “Microsoft”un verdiyi açıqlamada, “TikTok” tətbiqinin ABŞ aktivlərinin alınması yönündə danışıqların aparıldığı bildirilmişdi.

Xəbər 2222 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +