Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


27.03.2025  12:55 

Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu





A+  A-

Martın 27-nə keçən gecə işğalçı ölkə Rusiya Ukraynaya “İsgəndər-M” ballistik raketi, 86 “Şahed” tipli hücum PUA və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə hücum edib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 27-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook səhifəsində məlumat yayıb.

İşğalçılar Millerovo, Kursk, Primorsko-Axtarsk (RF), həmçinin Çaudadan (müvəqqəti olaraq işğal olunmuş Krım) pilotsuz təyyarələrlə zərbələr endiriblər. Raket isə Rusiya Federasiyasının Voronej vilayətindən buraxılıb.

Hava hücumu Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin təyyarələri, elektron döyüş bölmələri və mobil atəş qrupları tərəfindən dəf edilib.

Rusiyanın hücumu nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerniqov vilayətlərində dağıntılar var.

Xəbər 1506 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +