Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma


13.08.2018  19:27 

Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlandı





A+  A-

Ekspertlər 2018-ci ilin 5 ən keyfiyyətsiz smartfonunu açıqlayıblar.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, antireytinq siyahısında lider “Nohor 9 Lite” modelidir.

Ucuz olmasına baxmayaraq qurğu zəif texniki xüsusiyyətlərə, əlavə yaddaş kartının alınmasına zərurət yaradan kiçik yaddaş tutumuna, eləcə də aztutumlu (3 min milliamper/saat) akkumulyatora malikdir.

İkinci yerdə “Vivo V9” smartfonu qərarlaşıb. Cəlbedici xarici görünüşə malik model köhnə “microUSB” portu ilə təchiz edilib, eləcə də “NFC” texnologiyasını dəstəkləmir. Bundan başqa, smartfonun fotokamerası günəş işığında obyektləri parıltılı göstərir.

Siyahıda üçüncü pillədə öz sinfinin ən pisi seçilən “Samsung Galaxy A8” modeli yer alıb. Smartfon 32 giqabayatlıq quraşdırılmış yaddaş və tez boşalan batareya ilə təchiz edilib. Çatışmazlıqlar arasında aşağı keyfiyyətli kamera və solğun ekran qeyd olunur.

Ən keyfiyyətsiz smartfonlar arasında dördüncü yeri “LG G7 ThinQ” tutub. Qurğu zəif akkumulyator və yararsız ekrana malikdir.

Liderlər beşliyini “LG Q7 Plus” tamamlayır. Ekspertlər tərəfindən modelin tək kamera və 3 min milliamper/saat tutumlu akkumulyatora görə alınması tövsiyə edilmir.

Xəbər 1494 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +