Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb
Vətən müharibəsi qazisi vəfat edib
Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda


11.08.2023  10:22 

“Sahibkarlar yeni məhsulların ölkəyə gəlməsini gözləmədən qiyməti qaldırırlar”





A+  A-

”Dünyada düyünün bahalaşması ölkəmizə də təsir göstərəcək. Azərbaycanda düyünün qiyməti orta hesabla 30 faiz arta bilər. Biz bu məhsulu Hindistan, Qazaxıstan, Rusiya, Tayland və Pakistandan alırıq. Sözüged­n ölkələrdə düyü istehsalı azaldığı üçün ixraca qadağa qoyulub. Bu ölkələrin düyünün daxili qiymətini sabiq saxlamaq üçün belə tədbirlərə ehtiyacı var idi. Bu səbəbdən də ilin sonu, gələn ilin birinci rübünə kimi qlobal düyü bazarı ciddi tədarük çatışmazlığı ilə üzləşəcək. Bu, son 20 ilin ən böyük çatışmazlığı olacaq. Qıtlıq yaranacaq ki, bu da qiymət artımına yol açacaq”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya bazarında bahalaşma olan yerli sahibkarlar yeni məhsulların ölkəyə gəlməsini gözləmədən qiyməti qaldırırlar:

”Qiymətlərin cüzi artımı belə bizim distribütor şəbəkəmizdəki qiymət etiketlərinə öz təsirini göstərəcək. Dünya bazarlarında düyünün qiymətində artım var və bu, davam edəcək. İdxaldan asılı olan ölkəmiz bu qiymət artımından kənarda qalmayacaq”.

Xəbər 1268 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +