Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb
Vətən müharibəsi qazisi vəfat edib
Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda


27.01.2022  10:35 

Pensiyasını kəsən Baş həkimin maşınını yandırdı





A+  A-

Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.

Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.

M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib.

Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1746 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +