İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


20.12.2021  14:08 

Bu xəstəxanada müəmmalı ölümlərin səbəbi nədir? - AÇIQLAMA





A+  A-

“Nəzərə alaq ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanası rayonlardan xəstə qəbul edən bir xəstəxanadır. Rayonlardan ora daxil olan xəstələr bəzən çox ağır formada gəlirlər. Və onlarda bəzən baş verən patoloji proseslər elə həddə olur ki, həyatı bərpa etmək, onu geri qaytarmaq yaxud da ki, sağaltmaq mümkün olmur”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla “Respublikanskiy" xəstəxanasında son günlər baş verən ölüm hadisələri barədə Demokrat.az-ın suallarını cavablandırarkən deyib. Professor qeyd edib ki, bütün baş verən ölüm hallarının hamısı təkcə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının durumu ilə bağlı deyil:

“Bu, bütövlükdə səhiyyə sistemini ilə bağlıdır. Çünki rayonlarda elə bir tibbi xidmət səviyyəsi yaradılmalıdır ki, orada olan xəstələr hər bir şeydən ötrü Bakıya üz tutmasınlar. Orada müalicə, reabilitasiya olunsun, hətta ən ciddi xəstəliklərdən belə. Sadəcə olaraq, “Respublikanskiy” xəstəxanası başqa xəstəxanalardan fərqli olaraq daha böyük yükü öz üzərinə götürür. Məhz bu səbəbdən də, buradakı statistikanın başqa xəstəxanalarla müqayisə olunması biraz düzgün deyil. Amma, hər bir ölüm halı ayrılıqda araşdırılmalıdır və ölümün səbəbi birbaşa idenfikasiya olunmalıdır. Sonra bu məsələlər təhlil olunub, ümumiləşdirilməlidir ki, biz bilək burada əsas səbəb nədən ibarətdir və bunları necə aradan qaldırmaq mümkündür”.


Xəbər 1750 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +