Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb
Vətən müharibəsi qazisi vəfat edib
Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda


14.12.2021  16:42 

“Yığılan puldan 20 faiz yuxarıya veririk“ - Problem





A+  A-

"Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya rəsmi müraciət etdim və görüş istədim. Məktəbdə biz valideynlərlə keçirilən iclasda iştirak edən idarə nümayəndələrinin və direktorun iştirakı ilə müdirin yanında müzakirə aparmağa hazırıq".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə bir aya yaxındır övladını etiraz əlaməti olaraq məktəbə göndərməyən jurnalist Həbibə Abdulla çıxış edib:

"Həmçinin, məktəbdə keçirilən iclasın aktını istədik. Aktda əksini tapmayan açıqlamanı verməklə bir daha sübut etdilər ki, Azərbaycan təhsil sistemi məhv olub. Bir rayonun ən böyük məktəblərindən birini 31 illik direktorun əlində oyuncağa çevirməyin başqa adı yoxdur. Məktəbdə nə varsa hamısını VMA-nın adına çıxan direktor deyir ki, təhsil müəssisəsinin heç bir dərdinə dərman olmur dövlət. İşıqları VMA düzəldir, tualeti VMA təmir edir, istiliyi VMA təmir edir, məktəbə texniki avadanlıqları VMA verir. "Bəs VMA olmayan məktəblər nə yaxşı batmır" deyə sual etdim, cavab verdi ki, hamısında aylıq pul yığılır valideynlərdən. 4-5 saat söhbət etdik, bir dəfə demədi ki, dövlət sağ olsun, filan şeyimizi təmin edib. Səbirlə, gülər üzlə dinlədim, sonda dedim ki, VMA-nın fəaliyyətindən mən razı deyiləm, çünki şəffaflıq yoxdur, özünüz də deyirsiz ki, yuxarıya 20 faiz veririrk yığılan puldan. Bunun harası məktəbə dəstək oldu?"

H.Abdulla bildirib ki, görünür, mənlə "dil tapmayan" direktor İdarədən gələn müfəttişlə "dil tapıb" ki, aktda olmayan şeyləri yazıb cavab kimi göndəriblər həm mənə, həm mediaya.

Xəbər 1549 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +