Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb
Vətən müharibəsi qazisi vəfat edib
Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda


28.11.2021  20:37 

Koronavirusun yeni variantı niyə narahatlıq yaradır?





A+  A-

Alimlərin fikrincə, koronavirusun yeni mutasiyası olan Omicron bütün əvvəlki variantlardan çox fərqlidir.

Cənubi Afrika Epidemioloji Mərkəzinin rəhbəri, professor Tulio de Oliveira bildirb ki,yeni variant "təxminən 50 mutasiyadan keçib"

50 mutasiyadan təxminən 30-una virusun tikanvari protein də məruz qalıb.

Virusun üzərində yerləşən həmin proteinlər sayəsində virus insan hüceyrələrinə daxil ola bilir.

Alimlərin fikrincə, bu, yeni variantın ən narahatedici xüsusiyyətidir, çünki əksər peyvəndlər həmin tikanvari proteinlərin zərərsizləşdirməsini hədəfləyir.

Omicron necə təhlükəli ola bilər?

Ekspertlərə görə, Omicron Çinin Wuhan şəhərində ortaya çıxan və pandemiyaya səbəb olan variantdan köklü şəkildə fərqlənir.

Bu o deməkdir ki, hazırda yaradılmış vaksinlər Omicron-a qarşı kifayət qədər təsirli olmaya bilər.

Məsələn, bəzi mutasiyalar bu virusu insan orqanizmindəki anticisimlər tərəfindən tanınmasını xeyli dərəcədə çətinləşdirir.

Və N501Y kimi tanınan mutasiya virusu daha yoluxucu edir və bu kimi mutasiyalar infeksiyanın geniş yayılmasına gətirib çıxarır.

Bundan əlavə, yeni variant, güman olunduğuna görə, virusu asanlıqla tanıya bilən insan immun sisteminin bəzi mexanizmlərindən yan keçə bilir.

Əhalinin peyvəndləmə faizi yüksək olan ölkələrdə Omicron-um özünü necə aparacağı hələlik bəlli deyil.

Koronavirusun yeni variantının səbəb olduğu xəstəliyin Delta variantı ilə müqayisədə nə qədər yüngül və ya agir keçdiyi də hələlik aydın deyil.

Laboratoriya testləri davam edərkən, ÜST ölkələri epidemioloji təhlükəsizlik tədbirlərini gücləndirməyə və Omicron-un yayılması ilə bağlı statistikanı müntəzəm təqdim etməyə çağırıb./BBCAzərbaycan

Xəbər 1535 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +