Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


05.10.2017  12:34 

“AFFA Renat Dadaşovu 1 milyon avroya yığmaya cəlb edib”





A+  A-

Azərbaycan millisi bu gün DÇ – 2018-in seçmə mərhələsində Çexiyanı qəbul edəcək.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu maçt ərəfəsində Çexiya saytlarının birində ölkəmizdəki milliləşdirmə siyasəti ilə bağlı yazı dərc olunub. “Dili bilməmirsən? Vacib deyil. Bizim üçün futbol oynaya bilərsən. Braziliyalı indi Azərbaycana məxsusdu” sərlövhəli məqalədə milliləşdirilmiş futbolçular – Riçard Almeyda və Renat Dadaşov haqqında danışılıb.

Yazıda qeyd olunur ki, hər hansı futbolçunun dili bilməməsi, Azərbaycana bağlılığının olmaması ölkədə əhəmiyyət daşımır. O, futbol oynaya bilirsə, ölkənin yığmasına cəlb olunması problem deyil. Almeydanın Azərbaycana ilk gəlişi, “Qarabağ”la ardıcıl çempionluqlar yaşamasından sonra yığmaya cəlb olunduğunu diqqətə çatdıran çexiyalı həmkarlarımız onun son 3 matçda 90 dəqiqə əvəzlənməməsini qabardıblar. Riçardla bağlı Robert Prosineçkinin fikirlərinə də yer verilib:

“İnanılmaz dərəcədə ağıllıdı. Oyunu, topu əla hiss edir. Milli komanda ilə yanaşı “Qarabağ”ın da düşünən beynidi”.

Məqalənin Almeyda ilə bağlı hissəsində onun formasını geyindiyi “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində çexiyalı futbolçu Mixael Lüftnerin formasını geyindiyi Danimarka “Kopenhagen”ini yarışdan kənarlaşdıraraq, ölkə futbolu tarixində ilk dəfə qrupa vəssiqə qazandığı qeyd olunub.

Yazının ikinci hissəsində isə Renat Dadaşovun Almaniyanı Azərbaycana dəyişməsindən bəs edilib. Çexiyalı jurnalistlər onun Almaniyanın aşağı yaş komandalarından sonra birdən öz qərarını dəyişib vaxtilə böyük qardaşı (Rüfət Dadaşov – red.) kimi Azərbaycan yığmasını seçdiyini qeyd ediblər. Renatın açıqlamasına da yer verilən məqalədə “Bild” qəzetinə istinadla bu keçidin vətənpərvərlikdən artıq maliyyə məsələsiylə əlaqədar olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan tərəfi Dadaşovu təxminən 1 milyon avroya fikrini dəyişməyə sövq edə bilib. Bu, onun bir vaxtlar “Ayntraxt”ı onqat maaşa “Leypsiq”ə dəyişməsiylə əlaqələndirilib. Bununla belə çexiyalı həmkarlarımız Renat kimi futbolçuların hesabına Azərbaycanda futbolun inkişaf edə biləcəyini qeyd ediblər.

Xəbər 1730 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +