Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


08.04.2025  15:56 

Heydərovların Londondakı şirkətləri bağlanır





A+  A-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “United Enterprises International Limited” şirkəti ləğv olunur.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Londonda “10 Lower Thames Street, London, EC3R 6AF” ünvanında qeydiyyatda olan şirkət bu ilin fevral ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.

Məlumat üçün bildirək ki, bu, Heydərov qardaşlarının Londonda ləğv olunan sonuncu şirkəti olub. Belə ki, daha əvvəl Tale və Nicat Heydərovlar tərəfindən Londonda təsis olunan çoxsaylı şirkətlər ləğv olunub.

Nazir oğlanlarına məxsus olan və ləğv olunan şirkətlər bunlar olub:



Onu da qeyd edək ki, hazırda ləğv prosesində olan “United Enterprises International Limited” şirkətinə 2023-cü ilin noyabr ayından Azərbaycan vətəndaşı olan 1985-ci il təvəllüdlü Emil Sultanov rəhbərlik (direktor) edir. Emil Sultanov adlı şəxs Azərbaycanda da Tale və Nicat Heydərovlara bağlı olan çoxsaylı şirkətlərə rəhbərlik edir. Ötən ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıb.



Xəbər 2250 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +