Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


30.08.2017  13:58 

UEFA nümayəndələri “Qarabağ” üçün Bakıya gəlir





A+  A-

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.
XəzərNews.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA “Qarabağ”ın müraciəti ilə bağlı qərar verəcək.

Qeyd edək ki, konkret bu məsələyə görə UEFA nümayəndələrinin Bakıya səfərinin vaxtı hələ bilinmir. Amma sentyabrın 11-də qitənin ali futbol qurumunun başqa ekspertlərinin “Avro-2020”nin final mərhələsi ilə əlaqədar Azərbaycana əvvəlcədən nəzərdə tutulan səfəri olacaq. Səfər zamanı onlar Olimpiya Stadionu ilə növbəti dəfə tanış olacaq, özlərinin təklif və tövsiyərini bildirəcəklər. İstisna deyil ki, məhz elə həmin nümayəndələr BOS-un ÇL-in oyununu qəbul etməyə hazır olub-olmaması ilə bağlı UEFA-ya rəylərini bildirsinlər.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” Bakıda ilk oyunu sentyabrın 27-da “Roma”ya qarşı keçirəcək. Ağdam klubu bu matç da daxil olmaqla rəqiblərini Olimpiya Stadionunda qəbul etmək üçün UEFA-ya müraciət edib.

Xəbər 1810 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +