Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


01.08.2017  23:21 

“Qarabağ” tarix yazdı





A+  A-

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxıb.

Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə qələbəyə sevinib.

Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu nəhayət keçə bilib. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyanı qırıb.

Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86

Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. “Şerif” stadionu
İlk oyun – 0:0

Xəbər 1546 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +